AZ

Ehtiram Quliyev baş məşqçini dilə tutdu, əli havada qaldı - Mənim bu qədər pulum yoxdur

Bu ilin iyununda «Turan Tovuz»un sükanı arxasına keçən Kurban Berdiyev dekabrda Azərbaycanı tərk edə bilər. Belə bir şok məlumatı klubdan redaksiyamıza veriblər. Saytımıza daxil olan informasiyaya görə, baş məşqçi rəhbərlik qarşısında konkret şərt irəli sürüb. Rusiyalı mütəxəssis istədiyi transferlər edilməsə, ilin sonunda vəzifəsindən gedəcəyini söyləyib. 72 yaşlı çalışdırıcı yadnız özünün bəyəndiyi legionerləri düşərgəyə gətirəcəyini bildirib. Əksi olsa, yönətilə sağollaşmadan çıxıb gedəcək - xəbərdarlığı bu qədər konkretdir.
İdarə Heyətinin sədri Ehtiram Quliyev onu fikrindən daşındırmaq, bir qədər yumşaltmaq üçün canfəşanlıq göstərib, amma bütün cəhdləri daşa dəyib. Berdiyevə yeni transferlər üçün böyük miqdarda vəsait ayıra bilməyəcəyini söyləyib. İddia edib ki, bu qədər pulu yoxdur.
İdarə Heyətinin sədri Ehtiram Quliyevin yaxın çevrəsinə aid şəxsin verdiyi xəbərə görə, tərəflər arasında gərginlik pik həddə çatıb. Belə ki, o, Premyer Liqanın 13-cü turunda «Səbail»lə 1:1 başa çatan matçdan sonra Quliyevi seçim qarşısında qoyub.
«Baba» məğlubiyyətdən güclə qurtulan komandanın ünvanına xeyli tənqidi fikirlər səsləndirib, «bu futbolçular çox zəifdir, mən onlarla mövsümü beşinci-altıncı yerdə bitirə bilərəm» deyib.
«Rubin»in sabiq sükançısı mövcud şərtlərlə işini davam etdirmək istəmədiyini, bunun mənasız olduğunu bildirib.
Berdiyev «mən bura nəticə qazanmağa gəlmişəm, özümü biabır etməyə yox» söyləyib. O, təcili Rusiyaya dönüş biletinin alınmasını tapşırıb və bir azdan aeroporta yollanacağını iddia edib.
Ehtiram Quliyev baş məşqçinin davranışından pərt olub, amma özünü itirməyib. Sədr Berdiyevi bura gətirmiş şəxslərlə tez-tələsik əlaqə yaradıb, vəziyyəti izah edib.
Bu söhbət əsnasında iş adamına məlum olub ki, türkmən kökənli mütəxəssisin «qarnının ağrısı» nədir.
Quliyev bilib ki, o, 2 transferin üstündə aləmi bir-birinə vurub.
Söhbət hansı transferlərdən gedir? Biri hücumçu, dijəri yarımmüdafiəçi olmaqla, iki legionerin alınmasına vəsait ayrılmasını istəyib. Lakin tikinti maqnatı həmin əcnəbilərin alınmasına büdcə ayrımaqdan imtina edib.
Onu hardasa başa düşmək mümkündür, çünki baş məşqçinin transferlərinə israr etdiyi futbolçuların qiyməti üst-üstə 1,8 milyon dollardır.
Bu oyunçuların klubun başçısına «kinder sürpriz» kimi görünməsinin bir səbəbi də var.
Ona məlum olub ki, Berdiyev yaxın dostluq münasibəti saxladığı və uzun illər bərabər çalışdığı menecerin vasitəsilə onları «Turan»a gətirmək fikrindədir. Hansı ki, iranlı müdafiəçi Araş Qaderini də məhz həmin agent Tovuza dürtüşdürüb.

SPORTİNFO.AZ

Seçilən
13
3
sportinfo.az

4Mənbələr