AZ

Samir Şərifov: Güzəştli ipoteka kreditlərini alanların siyahısını genişləndirsək, bu güzəşti itirəcəyik

Güzəştli ipoteka kreditlərini alanların siyahısını genişləndirsək, onda bu güzəşti itirəcəyik.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, gələn il dövlət büdcəsində də İpoteka Fonduna pul ayrılacaq: "Güzəştli krediti 4 %-lə verirlər. Mərkəzi Bankın faiz dərəcəsi 7,5 %-dir. Ümumiyyətlə, burada uçot faiz dərəcəsi ilə güzəştli ipoteka arasında müəyyən əlaqə olmalıdır. Pulun müəyyən dəyəri var. Dövlətin gəlirləri müəyyən mənbələrdən təmin olunur. Biz gəlirlərimizin artırılması istiqamətində çalışmalıyıq. İqlim dəyişikliyi ilə bağlı dekarbonlaşma meylləri güclənməkdədir. Bizim neft-qaz sektorundan olan gəlirlərimiz azalır. Gələn il bu sektordan olan gəlirlər 750 milyon manat cari illə müqayisədə azalacaq. Növbəti ilin büdcəsində neftin bir barelinin qiyməti bu ilkindən az götürülür. Bu da gəlirlərə təsir edir. İkincisi isə yataqların tükənməsi ilə bağlıdır. Müsbət hal isə odur ki, qeyri-neft sektorundan daha çox gəlir əldə etməyə nail olacağıq”.

Seçilən
6
5
apa.az

6Mənbələr