AZ

"Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı üzrə türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir"- Məcnun Məmmədov

Image

Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı sahəsində türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir. Trend xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Bu tərəfdaşlığın əsas məqsədi ən yaxşı təcrübələrin və texnologiyaların mübadiləsini təmin etməkdir. Təbii ki, hökumətlə yanaşı, biznes də bu prosesdə mühüm rol oynayır. Biz bu təşəbbüsləri biznes ictimaiyyəti ilə əməkdaşlıq şəklində həyata keçirməyi planlaşdırırıq.

Bu baxımdan tərəfdaş ölkələrin bizneslərini Qarabağ və Şərqi Zəngəzurda investisiya perspektivlərini araşdırmağa dəvət edirəm. Biz gözləyirik ki, biznes ictimaiyyəti möhkəm tərəfdaşlıq əlaqələri quracaq və azad edilmiş ərazilərdə qabaqcıl təcrübə və texnologiyaları tətbiq edəcək", - deyə nazir bildirib.

M. Məmmədov qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərində, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu torpaqlarda 128 mindən çox hektar kənd təsərrüfatı ərazisi bərpa olunub.





Seçilən
8
baki-xeber.com

1Mənbələr