AZ

Türk xalqları ortaq lüğətdən istifadə edəcək — AÇIQLAMA

Xəbər verdiyimiz kimi Türk Dövlətləri Təşkilatı ölkələrinin ortaq himni hazırlanacaq. Qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir. Bu barədə layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib. Bir müddət əvvəl türk xalqlarının ortaq əlifbasının yaradılması müsbət əks səda doğurdu. Millət vəkili Ceyhun Məmmədovun fikrincə, ortaq lüğət türk xalqları arasında əlaqələrin möhkəmlənməsinə mühüm qatqı verəcək.

C.Məmmədov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu gün türk dövlətlərinin qarşısında duran vacib məsələlərdən biri inteqrasiya prosesinin gücləndirilməsidir:

“Dünya dövlətləri arasında gərginliyin artması, münasibətlərin gərginləşməsi onu göstərir ki, biz regional əməkdaşlığı gücləndirməliyik. Türk dövlətlərinin xilası, nicatı da bu birliyin və əməkdaşlığın gücləndirilməsindədir. Biz ən qısa zamanda bu inteqrasiyanı sürətləndirməliyik ki, məqsədimizə və hədəfimizə nail ola bilək. Bu mənada ortaq əlifbanın işlənməsi olduqca önəmlidir. Bu gün bu istiqamətdə ciddi işlər görülür, addımlar atılır. Təbii ki prosesin gedişatında ortaq lüğətin hazırlanması da bu anlamda ümumi işimizə töhfə verə bilər. Hesab edirəm ki, hər iki ölkənin alimlərinin, mütəxəssislərinin iştirakı ilə hədəfə nail olmaq olar. Bu, bir məqsəd olaraq hədəf kimi qarşıya qoyulmalıdır və həyata keçirilməlidir. Bununla biz inteqrasiya prosesinin sürətlənməsinə nail ola bilərik. Bu anlamda proseslərin ən qısa zamanda sürətləndirilməsi önəmlidir. Azərbaycanın prosesdə fəallığı və səyləri də çox önəmli və vacibdir. Biz də çalışmalıyıq ki, öz fəaliyyətimizlə prosesin sürətlənməsinə  xidmət edək”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
22
demokrat.az

1Mənbələr