AZ

Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin “Nüvə qarşısının alınması sahəsində dövlət siyasətinin əsasları” doktrinasının yeni redaksiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, sənədin mətninə əsasən, doktrinanın əsas prinsipi dəyişməyib. Orada deyilir ki, nüvə silahı ölkənin suverenliyini qorumaq üçün son çarədir. Bununla belə, qlobal geosiyasi məkanın yeni reallıqları, eləcə də Rusiya üçün yeni hərbi təhdid və risklərin yaranması ilə əlaqədar olaraq, nüvə silahından istifadəyə imkan verən şərtləri dəqiqləşdirmək lazım idi.

Qeyd edək ki, dövlət başçısı sentyabrın 25-də nüvə doktrinasına dəyişikliklər təklif etmişdi. Doktrinanın yenilənmiş variantı Kremlə nüvə reaksiyasına başlamaq üçün əsas verəcək.

Putinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən də dəstəklənib. Nazirliyin idarə rəisi Andrey Belousov bunun hərbi-siyasi vəziyyətin dəyişməsi ilə bağlı görülən tədbirlərlə bağlı olduğunu deyib:

Seçilən
7
publika.az

1Mənbələr