2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yaşayan insanların adambaşına düşən xərci 592,3 manat olub.
Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, son 10 ayda əhali ərzağa, qeyri-ərzağa və pullu xidmətlərə 60,4 milyard manat xərcləyib.
Bu məbləğin ayda adambaşına düşən hissəsi 592,3 manatdır. Ölkəmizdə ev təsərrüfatlarının (əsasən bir ailədən ibarətdir - red.) ölçüsünün 4,23 nəfər olduğunu nəzərə alsaq, bəlli olur ki, bu il bir ailənin aylıq xərci 2505 manat olub.
Ötən il ailələrin aylıq xərci 2 371 manat olmuşdu. Bu il aylıq xərclərdə 134 manat artım qeydə alınıb.
Vasif