Diabet xəstələrinə mobil telefonları ilə qan şəkərini ölçməyə və anında məlumat paylaşmağa imkan verən cihaz hazırlanıb.
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən 5 universitetdə vəzifəli elm adamları tərəfindən 2023-cü ildə başlayan, düzgün və praktik olaraq qan şəkərinin ölçülməsini xəstə və həkiminə çatdırmağı təmin edəcək texnologiyanı inkişaf etdirmək üçün bir araya gələn layihədə prototip mərhələsinə çatılıb.
Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) da dəstəklədiyi araşdırma ilə barmaqdan götürülən qandan qan şəkərini ölə bilən "qlükometr probu" hazırlayan elm adamları bu cihazın mobil telefonun şarj portuna taxılması ilə ölçmə məlumatlarını tətbiq vasitəsilə xəstəxana yaxud həkimə anlıq göndərmə alternativ imkanı verir.
Patent üçün müraciəti edilən cihaz "TEKNOFEST 2024 Akdeniz"də "İnsanlığın, Sağlamlığın və İlk Yardımın Faydaları üçün Texnologiya Yarışması" kateqoriyasında ikinci yerə və "ən yaxşı təqdimat" mükafatlarına layiq görülüb.
İzmir Demokratiya Universiteti Buca Seyfi Dəmirsoy Təhsil və Araşdırma Xəstəxanası Mütəxəssisi Diabet Təhsil Tibb bacısı Merve Günbaş bildirib ki, cib telefonuna şəkər ölçən cihaz taxıldıqda tətbiq açılır, qlükozometr taxıldıqda isə dəyərlər görünür.
M.Günbaş digər qlükometrlər kimi nəticələrin 3-5 saniyə ərzində alına biləcəyini ifadə edib.