AZ

Ətraf mühitin monitorinqi üçün “ağıllı” sistemlərin işlənilməsi perspektivləri araşdırılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar institutun şöbə müdiri Şakir Mehdiyev və əməkdaş Nəzrin Rzayevanın həmmüəllifliyi ilə hazırlanmış “Ətraf mühitin monitorinqi üçün “ağıllı” sistemlərin Cəmiyyət 5.0 kontekstində işlənilməsi perspektivləri” mövzusunda tədqiqatın müzakirəsinə həsr olunub.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Məruzəni təqdim edən N.Rzayeva iqlim dəyişikliyinin dünyanın təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu, ətraf mühitlə yanaşı, siyasi, iqtisadi və sosial sistemlərə zərər verdiyini qeyd edib. Vurğulayıb ki, insanlara bütövlükdə iqtisadi fayda verəcəyi güman edilən Cəmiyyət 5.0 konsepsiyası müxtəlif sosial problemləri həll etmək üçün qabaqcıl texnologiyaları, o cümlədən intellektual sistemləri birləşdirir. Bu konsepsiyanın mahiyyəti isə fiziki və kibernetik məkanların inteqrasiyası yolu ilə fərdin deyil, bütövlükdə cəmiyyətin resurslarını birləşdirməkdən ibarətdir. Cəmiyyət 5.0-ın yaranması sosial rifahı, iqtisadi və ekoloji dayanıqlığı artırmaq üçün rəqəmsal transformasiyanın istifadə olunduğu paradiqma dəyişikliyini təmsil edir.

Daha sonra o, IoT və sensorlardan istifadə edən “ağıllı” ətraf mühitin nəzarət sistemlərindən bəhs edib, simsiz şəbəkələr və ya simsiz sensor şəbəkələrin (WSN) süni intellektə əsaslanan monitorinq və idarəetmə üsulları üzərində işləyən müasir sensorlardan ibarət olduğunu diqqətə çatdırıb.

Seçilən
17
tehsil.biz

1Mənbələr