AZ

ADAU tələbəsi Minskdə beynəlxalq forumda iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədr müavini Samir Quliyev Belarusun Minsk şəhərində keçirilən Könüllülər hərəkatının koordinatorları arasında təcrübə mübadiləsi və MDB-nin Könüllülər Forumunda iştirak edib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, beynəlxalq forumun açılış mərasimindən sonra “MDB-də könüllülük fəaliyyətinin təşkili təcrübəsi” adlı müzakirə platforması keçirilib. Belarus, Rusiya, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri könüllülük sahəsində uğurlu təcrübələri, maraqlı layihələri və könüllülük sahəsində təşəbbüslərini forum iştirakçılarına təqdim ediblər.

MDB dövlətlərinin Könüllülər Forumunun iştirakçıları Belarusda könüllülər hərəkatının əsas platforması olan Respublika Könüllülər Mərkəzi ilə tanış olublar. Respublika Könüllülər Mərkəzinin rəhbəri Viktoriya Zaxarevskaya mərkəzin fəaliyyətindən və respublikada könüllülüyün təşkili sistemindən danışıb.

Seçilən
8
tehsil.biz

1Mənbələr