Bu ilin oktyabrın 1-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 98,5 min nəfər təşkil edib.
FED.az bu barədə Dövlət Statistia Komiəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox pensiyaçı sayı paytaxt Bakı şəhərinin payına düşüb - 385,5 min nəfər.
Sumqayıtda pensiya alanların sayı 37,2 min nəfər təşkil edib.
Gəncədə pensiya alanların sayı isə 33,1 min nəfərə yaxınlaşıb.
Bu dövrdə ən az göstərici ilə sonuncu pillədə Xocavənd rayonu olub. Rayonun pensiya alanlarının sayı isə cəmi 900 nəfər olub. Siyahının sonlarına bundan başqa Naftalan şəhəri (1 min 155 nəfər), Xocalı rayonu (1 169 nəfər) və Xızı rayonu (1 264 nəfər) daxil edir.