AZ

Torpağın deqradasiyası, su çatışmazlığı və zoonotik xəstəliklər qlobal ərzaq sistemlərimizi təhdid edir

Kənd təsərrüfatı sahəsi ilə bağlı çağırışların həlli həm də "Vahid Sağlamlıq yanaşması"nı qəbul etməkdən keçir.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda dəyirmi masada bildirib.

"Kənd təsərrüfatı təkcə ərzaq təhlükəsizliyinin təməli deyil, həm də iqlim adaptasiyası və yumşaldılmasında mühüm amildir. Lakin bu sektor ciddi çağırışlarla üzləşir. Torpağın deqradasiyası, su çatışmazlığı və zoonotik xəstəliklərin yayılması qlobal ərzaq sistemlərimizi təhdid edir. Bunları həll etmək üçün biz kənd təsərrüfatı sistemlərimizə davamlı təcrübələri inteqrasiya etməli, biomüxtəlifliyi təşviq etməli və kənd icmalarının davamlılığını gücləndirməliyik. Bu məqsədlər fermerlərin Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas hədəfləri ilə uzlaşır", - M. Məmmədov vurğulayıb.

Onun sözlərinə görə, bu çağırışların həlli "Vahid Sağlamlıq yanaşması"nı qəbul etməkdən və sahələrarası əməkdaşlığı təşviq etməkdən keçir: "Bu mənada tədqiqatçılar, siyasətçilər, fermerlər, baytarlar və ictimai səhiyyə mütəxəssisləri birlikdə işləməlidirlər. Biz biomüxtəlifliyi qoruyan, xəstəlik risklərini minimuma endirən və məsuliyyətli torpaq və su idarəetməsini təşviq edən siyasətlər inkişaf etdirə bilərik".

Seçilən
260
ikisahil.az

1Mənbələr