AZ

Aygün Əliyeva: "COP29-da partnyor qeyri-hökumət təşkilatlarının təqdimatı olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi partnyor qeyri hökumət təşkilatları ilə birlikdə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransda Xəzər dənizi ətrafında, sahilyanı ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə qeyri-hökumət təşkilatının rəhbərləri, eyni zamanda ekoloqlar və ekspertlər iştirak ediblər".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29 çərçivəsində baş tutan "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda keçirilən tədbirdə deyib.
Aygün Əliyeva vurğulayıb ki, tədbirdə Xəzər dənizinin ekoloji problemləri, çağırışlar və Xəzər dənizinin bugünkü ekoloji problemləri ilə mübarizə aparmaq istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə edilib:
"Məlumat üçün deyim ki, COP29 beynəlxalq təşəbbüslər müsabiqəsi çərçivəsində qalib gələn partnyor qeyri-hökumət təşkilatlarının birgə təqdimatı olub. Onlar "Xəzər evi" platformasını təqdim etdilər. "Xəzər evi" platformasının əsas məqsədi odur ki, Xəzəryanı ölkələrdə yaşayan vətəndaş cəmiyyətinin nümayəndələri Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı layihələri birgə icra etsinlər. Eyni zamanda, COP29 beynəlxalq təşəbbüslər müsabiqəsinin qalib layihələrindən biri də yosunların biofunksiyası ilə bağlıdır. Layihədə məqsəd Xəzər sahilində yeni növ yosunların əkilməsi və ekosistemlərin qorunması üçün yosunların əkilmə prosesini genişləndirməkdir".
Şəhriyar Səmədov
Seçilən
16
50
oxu.az

10Mənbələr