Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində keçirdiyi üçüncü oyunda heç-heçə edib.
Qaynarinfo xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gəlib.
Kişinyovdakı "Zimbru” stadionunda baş tutan görüş 2:2 hesabı ilə nəticələnib.
Millimizdən Həsən Nəzərli dubl (15, 45+1) müəllifi olub.
Qeyd edək ki, U-19 daha əvvəl İslandiya (0:2) və İrlandiyaya (0:4) uduzub.