AZ

Qəzzada ölənlərin sayı 44 minə yaxınlaşır

Qəzza zolağında son 24 saat ərzində 50 fələstinli ölüb, 110 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi Telegram kanalında yazıb.
 
"2023-cü ilin oktyabrın əvvəlində Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin başlanğıcından bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 43 972 nəfəri keçib, 104 008 nəfər yaralanıb",- məlumatda qeyd olunub.

2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin HƏMAS hərəkatı ilə İsrail ərazisidə döyüş başlayıb. İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını xilas etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
 
Qəzza zolağında hərbi əməliyyatlar bu gün də davam edir.
 
Aytac



www.anews.az
Seçilən
13
anews.az

1Mənbələr