AZ

Ona Müdafiə Nazirliyində yüksək vəzifə həvalə edilib


Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
Bildirilib ki, "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi və Hərbi-texniki Əməkdaşlığa dair Birgə Komissiya"nın iclasında iştirak etmək üçün Tehran şəhərinə səfər edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinə Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Fərid Əliyev rəhbərlik edir. MN-in məlumatında qeyd olunub ki, o, burada İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini general-mayor Məhəmmədrza Aştiani ilə görüşüb.

Seçilən
8
10
yeniavaz.com

10Mənbələr