AZ

Britaniya Rusiyaya növbəti sanksiyalar tətbiq etdi

Britaniya

Britaniya hakimiyyəti 10 Rusiya rəsmisinə və dövlətlə əlaqəli gənclər təşkilatına qarşı sanksiya tətbiq edib. Onlar məcburi deportasiya və ukraynalı uşaqlara ideologiya aşılamaq cəhdlərində təqsirli bilinirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yayılıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynanın mədəni və milli kimliyini silmək üçün sistemli cəhdlərində iştirak edənlərə qarşı sanksiyalar tətbiq edilib.

Qeyd edək ki, Ukrayna hakimiyyətinin məlumatına görə, Rusiya işğalı başlayandan sonra 19 mindən çox uşaq Rusiyaya aparılıb.

Seçilən
11
2
xalqcebhesi.az

3Mənbələr