AZ

Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki...

Hamımız bilirik ki, Ukrayna Konstitusiyası və qanunları müharibə şəraitində seçkilərin keçirilməsinə icazə vermir.

 

Modern.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.

 

O bildirib ki, dünyada heç kim Ukraynadan seçki tələb etməyib və tələb etmir.

 

"Amma bizdə, Ukraynada hakimiyyətə o qədər ac olan insanlar var ki, dövlət naminə yox, dövlətimizin daxilində döyüşmək istəyirlər. Telestudiyalardakı kimi səngərlərdə siyasi arqumentlər istəyirlər. Bu, Ukrayna üçün zərərlidir.
Ukraynaya ilk növbədə ədalətli sülh lazımdır. Və o zaman ukraynalılar ədalətli seçkilər keçirəcəklər", - Zelenski qeyd edib.

Seçilən
19
modern.az

1Mənbələr