AZ

“Aİ-nin missiyası ilə işləməyə hazırıq” – Partiya rəsmisi

Gürcüstan seçkilərdən sonra vəziyyəti izləmək üçün assosiasiyanın respublikaya göndərəcəyi Avropa İttifaqının (Aİ) missiyası ilə işləməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze deyib.

“Əlbəttə, biz işləməyə hazırıq. Hec bir problemi yoxdur. Seçkilərdən sonra ikinci gün baş nazir birbaşa dedi ki, əgər hər hansı bir sualınız varsa, xahiş edirəm, bura seçki məntəqələridir, biz onları yenidən sayacağıq”, – deyə partiya rəsmisi qeyd edib.

O, əlavə edib ki, parlament seçkiləri rəqabət şəraitində keçib və onların nəticələrinin saxtalaşdırılmış kimi tanınması üçün heç bir əsas yoxdur.

Xatırladaq ki, Avropa İttifaqı seçkilərdən sonra ölkədəki vəziyyəti öyrənmək üçün Gürcüstana siyasi missiya göndərməyi planlaşdırır.

Məlik,
KONKRET.az

 

Seçilən
12
konkret.az

1Mənbələr