AZ

ABŞ Ədliyyə Nazirliyi "Alphabet"i məhkəməyə verir

ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi "Google"un sahibi olan "Alphabet" korporasiyasını "Chrome" brauzerini satmağa məcbur etmək niyyətindədir.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, nazirlik artıq bununla bağlı məhkəmədə iddia qaldıb.

Mənbələrin bildirdiyinə görə, antiinhisar tədbirləri arasında süni intellektlə (II) bağlı addımlar da var. Rəsmilər, "Bloomberg"in qeyd etdiyi kimi, korporasiyanı "Android"i satmağa məcbur edəcək daha sərt variantdan imtina ediblər.

Agentliyin yazdığına görə, Ədliyyə Nazirliyi brauzerin satılmasını istəyir, çünki o, "Google" axtarış sisteminə daxil olmağın əsas yollarından birini təmin edir. "StatCounter" veb-trafik təhlili xidmətinin məlumatına görə, "Chrome" ABŞ-da 61 faiz bazar payına malikdir.

"Google" nümayəndələrinin fikrincə, bu cür təkliflər istehlakçılara və tərtibatçılara zərər verəcək. Korporasiyanın tənzimləmə işləri üzrə vitse-prezidenti Li-Ann Mulhollandın sözlərinə görə, Ədliyyə Nazirliyi bu halda hüquqi məsələlərdən çox kənara çıxan radikal gündəmi təbliğ etməyə davam edir. O bildirib ki, hökumətin bu cür hərəkətləri ən çox ehtiyac duyulduğu bir vaxtda Amerikanın istehlakçılarına, tərtibatçılarına və texnologiya rəhbərliyinə zərər verə bilər.

Avqustun 5-də Kolumbiya Federal Məhkəməsi "Google"un axtarış sistemlərində və internetdə reklamda inhisarını saxlamaq üçün öz bazar gücündən sui-istifadə etdiyi barədə qərar çıxarıb. Məhkəmə qərara alıb ki, "Google" elektronika istehsalçısı "Apple" ilə müqavilə bağlayaraq internet axtarış bazarının təxminən 90 faizini rəqiblərindən bloklayıb və bu, "Google" axtarış sistemini "Safari" brauzerində defolt axtarış sistemi edib. Korporasiya avadanlıq istehsalçısı "Samsung" və mobil operatoru "Verizon" ilə də analoji müqavilələr bağlayıb.

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr