AZ

"İnsanlar taksidənsə, avtobusla ünvana daha tez çatır" - Nəqliyyat eksperti

Son illərdə alternativ nəqliyyat vasitələri, məsələn, "Bolt", "Uber" kimi onlayn taksi xidmətləri daha populyarlaşmağa başlamışdı. Amma əksinə, taksi xidmətlərindən istifadənin azaldığı müşahidə olunub.

Maraqlıdır, bunun səbəbi nədir? İnsanlar niyə taksilərdən üz döndəriblər?

Bu barədə Hit.az-a açıqlama verən nəqliyyat eksperti Elşad Əbilov deyib ki, öz şəxsi avtomobilini alan insanların sayı artıb:

“İnsanlar öz avtomobillərini almağa və istifadə etməyə daha çox meyl edirlər. Çünki xarici ölkədən gətirilən maşınlar bir çox insan üçün əlverişli olur. Öz avtomobili olan insanlar üçün də taksidən istifadə etmək daha baha və əlverişsizdir.

Eyni zamanda, şəhərlərdə ictimai nəqliyyatın inkişafı və daha əlverişli olması, xüsusən metrolar, avtobuslar və digər toplu nəqliyyat vasitələri, taksiyə olan tələbatı azaldıb. Çünki, taksi tıxacda qaldığı halda, avtobus öz zolağı ilə hərəkət edir, sərnişinləri ünvanına daha tez çatdırır. Bununla yanaşı, taksilərin qiymətləri artıb və bu da insanların taksi yerinə daha sərfəli alternativlərə yönəlməsinə səbəb olub. Bu faktorlardan bəziləri yerli bazara və şəhərə görə dəyişə bilər, amma ümumiyyətlə bu amillər taksiyə olan tələbin azalmasına səbəb olub”.

Murad


 

Seçilən
17
hit.az

1Mənbələr