İnformasiya Texnologiyaları və İnternet Təhlükəsizliyi Dərnəyi (BTİDER) və Google ilə əməkdaşlıq çərçivəsində Türkiyədə gənclərin süni intellekt sahəsində bacarıqlara yiyələnməsinə dəstək olmaq məqsədilə müəllimlərə “süni intellekt” təlimi keçiriləcək.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, dərnək Google ilə əməkdaşlıq çərçivəsində gənclərin süni intellekt sahəsində bacarıq əldə etmələrinə dəstək olacaq yeni proqrama start verib.
Google DeepMind-in dəstəyi ilə hazırlanan proqramı Türkiyədə həyata keçirmək üçün Google.org və Raspberry Pi Fondu tərəfindən BTİDER-ə iki il müddətinə ümumilikdə 500 min dollar maliyyə dəstəyi veriləcək.
Ağa Dadaşzadə