ABŞ-nin Nyu-York şəhərindəki Manhetten adasında 3 fərqli nöqtədə bıçaqlı hücumla bağlı 2 nəfərin həyatını itirdiyi açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, Nyu-York Polis Departamenti (NYPD) səlahiyyətlilərindən verilən açıqlamada Manhettendə 30-cu küçə ətrafında baş verən bıçaqlı hücumda 2 nəfərin öldüyü, bir müddət sonra isə 42-ci küçədə baş verən bıçaqlı hücumda bir qadının yaralandığı bildirilib.
Hücum zamanı yaralanan qadının yaxınlıqdakı xəstəxanada müalicə olunduğu paylaşılıb.
Nyu-York meri Erik Adams da mətbuata açıqlamasında 51 yaşlı şəxsin sözügedən hücumlarla əlaqədar saxlanıldığını açıqlayıb.
Şübhəlinin tutulmasından sonra əraziyə gələn hadisə yeri araşdırma qruplarının “Türk Evi” binasının önünü lentlə bağladıqları və eyni küçədəki binalardakı kamera qeydlərinə daxil olmağa çalışdıqları müşahidə edilib.
Şübhəliyə aid olduğu bildirilən çanta, iki bıçaq və bir neçə cüt əlcək Türkiyənin Nyu-York Baş Konsulluğu və BMT-dəki Daimi Nümayəndəliyinin yerləşdiyi “Türk Evi”nin əsas girişinə yaxın ərazidə tapılıb.