AZ

Dünyaca məşhur avtomobil şirkəti loqosunu dəyişdi - FOTOLAR

Məhşur avtomobil markası loqosunu dəyişib.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, son illərdə avtomobil sənayesində ardıcıl olaraq edilən loqo dəyişikliklərinə yenisi əlavə edilib. Lüks avtomobil istehsalçısı “Jaguar” verdiyi açıqlamada həm loqosunu, həm də marka mövqeyini dəyişdirdiyini açıqlayıb.

Şirkətdən verilən açıqlamaya görə, markanın 2026-cı ildən etibarən satışa çıxaracağı avtomobillər də bu dəyişiklik prosesinin məhsulu olaraq yeni simaya sahib olacaq.

“Jaguar” yeni loqosunda marka ilə eyniləşdirilən yaquar fiqurunu saxlasa da, yaquarı 16 bar barmaqlığı ilə vizuallaşdırdı. Kiçik hərflərdən istifadə edilən yeni loqoda yeni şriftdən də istifadə edilib. Brendin yeni monoqramı j və r hərflərinin birləşməsindən ibarətdir.

"Cebheinfo.az"

Seçilən
49
1
cebheinfo.az

2Mənbələr