Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Qəzzadakı hadisələrə görə İsraillə siyasi dialoqun dayandırılması təklifini rədd ediblər.

İndex.az xəbər verir ki, təklif səlahiyyət müddəti başa çatmaq üzrə olan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borreldən gəlib.

Qərara hörmət etməkdən başqa işi olmadığını deyən Borrel Aİ-nin beynəlxalq böhran məsələlərinə yanaşmasını sərt şəkildə tənqid edib.

Borrell 2019-cu ildə vəzifəyə gələndə Ukrayna, Rusiya və Yaxın Şərq müxtəlif dərəcədə olsa da, Aİ-nin mühüm gündəm maddələri arasında idi.