AZ

Azərbaycana beynəlxalq dəstək…..

BMT Baş Assambleyasının 3-cü komitəsinin Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul etməsi məsələsinin beynəlxalq platformada daha da ön plana çıxarılmasına şərait yaradır. Bu cür qətnamələr itkin düşmüş şəxslərin pozulan hüquqlarını və onlara qarşı edilən insanlıq əleyhinə cinayətlərin araşdırılması üçün vacibdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Ermənistanın soydaşlarımıza qarşı insan hüquqlarını, humanitar hüququn prinsiplərini pozaraq xüsusi işgəncələrlə qətliamlar etməsi bilinən reallıqdır.

“Qırx günlük Vətən müharibəsindən sonra tapılan kütləvi məzarlıqlar da Ermənistan dövlətinin cinayətlərinin əyani sübutudur. Ermənistan rəhbərliyi hələ də birinci Qarabağ müharibəsi zamanı əsir və ya girov götürülmüş 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxsin taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələr gətirərək boyun qaçırır. Təbii ki, bu, yolverilməz bir haldır. Dünya birliyinin bu kimi situasiyalarda səssiz qalması işğala və işğalçılara əlavə stimul verir”, – deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, üzv dövlətlərlə aparılan danışıqlar nəticəsində 56 ölkənin qətnaməyə həmmüəllif olması, proses çərçivəsində beynəlxalq dəstək almaq baxımından müsbət bir haldır. Bu rəsmi Bakıya Ermənistanın dövlət olaraq işğalçı mahiyyətini tanıtmaq üçün geniş imkanlar açır.

Seçilən
45
xalq.az

1Mənbələr