AZ

Putinin qərarından sonra hədələdilər – Nüvə silahının hədəfi olacaq ilk ölkə...

Rusiya Prezidenti Vladimir Putinin qəbul etdiyi yeni doktrina Ukraynada nüvə silahından istifadəyə icazə verir.

Teleqraf.com xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vladimir Jarixin deyib.

Onun sözlərinə görə, yenilənmiş doktrina Rusiyaya müharibədə nüvə silahı ilə cavabı vermək hüququ tanıyır.

Analitik qeyd edib ki, əvvəllər Rusiyanın ənənəvi hərbi əməliyyatlar prinsiplərinə əsaslanan konsepsiyası olub.

“Müharibə elan edildikdə və ya düşmən, məsələn, Rusiyaya qarşı nüvə silahı işlətdikdə, Rusiya buna cavab verəcək. Amma indi Qərb hibrid müharibə aparır”, - deyə Jarixin qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
35
teleqraf.com

1Mənbələr