AZ

Peter Siyarto: "Baydenin qərarları dünyanı qlobal fəlakətə doğru sövq edir"

"ABŞ-ın səlahiyyət müddətini başa vuran prezidenti Co Baydenin verdiyi qərarlar dünyanı qlobal fəlakətə doğru sövq edir". 

HİT.az xəbər verir ki, bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto öz "Facebook" səhifəsində bildirib.

Siyartoya görə, dünya onilliklərin ən təhlükəli iki ayı ilə üz-üzədir, çünki öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan və bacarıqları geniş şəkildə şübhə altına alınan prezident qlobal miqyasda fəlakətə səbəb ola biləcək qərarlar qəbul edir.

"Gəlin düz deyək: Amerika silahlarının Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək dünya müharibəsi təhlükəsi yaradır. Və bu baş verərsə, biz hər şeyi itirəcəyik", deyə macar nazir bildirib.

Siyarto müharibə tərəfdarı olan siyasi elitanı Ukraynadakı münaqişəni qlobal münaqişəyə çevirməyə çalışmaqda ittiham edib və qeyd edib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Avropaya qitədə sülhü bərpa etmək üçün böyük şans verir.

Noyabrın 19-da ABŞ Dövlət Departamenti Rusiyanın dərinliklərinə raket atmağa icazə verdiyini təsdiqləyib. Bu barədə ABŞ dövlət katibinin Qərb yarımkürələri üzrə köməkçisi Brayan Nikols Braziliyanın “O Globo” qəzetinə müsahibəsində bildirib. O vurğulayıb ki, bu qərar Ukraynaya özünü müdafiə etmək üçün daha çox imkanlar verəcək və Vaşinqtonun hesab etdiyi kimi, Rusiyanı danışıqlara sövq edəcək.

Samir
 

Seçilən
14
50
hit.az

10Mənbələr