AZ

“Tottenhem” klubun loqosunu yenilədi

İngiltərənin paytaxtı London şəhərini təmsil edən “Tottenhem” loqosunu yeniləyərək, klubun adını oradan xaric edib.

Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi sayıtına istinadən məlumat verir.

“300-dən çox oyunçu, heyət və tərəfdarın rəyi ilə yaradılmış yeni loqo bizə, indi təqdim ediləcəyi müstəvilərdə klubun brendinə daha oynaq və cəsarətli yanaşmaq imkanı verir. Dünyaca məşhur xoruz (klubun rəmzi – redaktorun qeydi) indi həmişəkindən daha qürurlu görünür. Biz, əyri “Tottenham Hotspur” mətnini xaric etdik. Bu, bizə klubun rəmzinin miqyasını artırmağa və əsl ikona kimi onunla fəxr etməyə imkan verəcək”, klubun mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, İngiltərə klubunun əvvəlki loqosu 2013-cü ildə qəbul olunmuşdu.

İngiltərə Premyer Liqasının 11 turundan sonra 16 xal toplamış “Tottenhem” yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Seçilən
38
arena.az

1Mənbələr