AZ

Politoloq: Gürcüstanda bu cür qarşıdurmalar gözlənilən idi

Tiflisdə parlament seçkilərinin nəticələrinə etiraz edən aksiyaçılarla polis arasında toqquşma baş verib. Bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb. Hazırda polis aksiyanın keçirildiyi Tiflisin mərkəzindəki Melikişvili prospektinə tam nəzarət edir və etirazçıları oradan uzaqlaşdırılıb. Müxalifət sona qədər mübarizə aparacağını və etiraz aksiyalarını dayandırmayacağını bildirib.

Politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda bu cür qarşıdurmalar gözlənilən idi:

“Çünki bu müxalifətin sonuncu fürsətiydi. Müxalifət düşünür ki, ölkə Qərb və Şərq qarşıdurmasındadır. Ümumiyyətlə iqtidar Rusiya və Çinlə yaxınlaşma yolunu tutub. Müxalifət isə özünü Qərb dəyərlərinin təmsilçisi kimi görür və düşünür ki, Gürcüstan avroatlantik məkana inteqrasiya etməlidir. Eyni zamanda burada təkcə Gürcüstan müxalifəti deyil, ABŞ və Qərb dövlətləri də buna hazırlaşmışdılar. Onlar Gürcüstan hakimiyyətini Rusiyaya yaxınlaşmaqda və Qərbə xəyanətdə  ittiham edirlər. Bu səbələ də Gürcüstana qarşı ilkin sanksiyarda hərəkətlənmələr görürük. Hətta Gürcüstana olan maliyyə yardımları dayandırılır. Qərb ölkələri düşünürlər ki, Rusiyanın Gürcüstanda möhkəmlənməsinin qarşısını almasalar, gələcəkdə daha çətin olacaq. Ona görə də açıq şəkildə müxalifəti dəstəkləyirlər. Nəzərə almaq lazımdır ki, “Gürcü arsuzu” partiyası müxalifətin güclənməsini, hakimiyyətə gəlməsini istəmir və var gücü ilə mübarizə aparır. Rusiya və ona yaxın qüvvələr də Gürcüstan hakimiyyəti dəstəkləyəcək, müxalifətin əleyhinə çıxış edəcəklər”.
Seçilən
27
10
sherg.az

9Mənbələr