AZ

Rusiya ATACMS raketlərini vurduğunu açıqladı – ABŞ silahları ilə hücum təsdiqləndi

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələri tərəfindən çərşənbə axşamı gecə saatlarında ABŞ istehsalı olan altı ATACMS ballistik raketi ilə Bryansk vilayətindəki hərbi obyektə zərbə endirildiyini təsdiqləyib.

Nazirlik iddia edir ki, raketlərdən beşi HHM sistemləri ilə vurulub, biri isə zədələnib. Vurulan raketin parçaları hərbi obyektin texniki ərazisinə düşüb və baş verən yanğın dərhal söndürülüb. Rusiya Müdafiə Nazirliyi bildirib ki, itki və dağıntı yoxdur.

Çərşənbə axşamı səhər saatlarında RBC-Ukrayna Ukrayna müdafiə qüvvələrindəki məlumatlı mənbəyə istinadən yazıb ki, Ukrayna ordusu ilk dəfə Rusiya ərazisini ATACMS raketləri ilə vurub. Mənbə qeyd edib ki, zərbə Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyektə endirilib və hədəf uğurla məhv edilib.

Karaçev Bryansk yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 kilometr aralıda yerləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Bryansk vilayətinin Karaçev yaxınlığında 1046-cı təchizat mərkəzinin arsenalı vurulub. Zərbə 12 partlayış dağlğası ilə nəticələnib.

“Ukraynaya qarşı silahlı təcavüzü dayandırmaq üçün rus işğalçılarının silah-sursat anbarlarının məhv edilməsini davam etdirəcək”, - bəyanatda deyilir.

Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko qeyd edib ki, artilleriya sursatları, o cümlədən Şimali Koreya mərmiləri Bryansk vilayətindəki arsenalda saxlanılır. Bu anbara hücum ilk dəfə deyil. RBC-Ukrayna yazır ki, bundan əvvəl oktyabr ayında Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb. /AzPolitika.info/

Seçilən
7
1
turkustan.az

2Mənbələr