Duda: Scholz Trampın sülh təşəbbüslərinə müdaxilə etmək istəyir
Polşa prezidenti Anjey Duda bildirib ki, Almaniya kansleri Olaf Şolz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın sülh təşəbbüslərini pozmağa çalışır. Bu barədə Bloomberg məlumat yayıb.
Polşa prezidentinin sözlərinə görə, Scholz məhz bu səbəbdən Vladimir Putinə zəng edib - Tramp vəzifəyə başlamazdan əvvəl atəşkəslə bağlı danışıqlar aparsın. Eyni zamanda Duda da hesab edir ki, Şolz öz çağırışı ilə Almaniya və Rusiya arasında münasibətləri yaxşılaşdırmaq istəyir.
"Mən hesab edirəm ki, bu, Donald Tramp vəzifəyə başlamazdan əvvəl Ukraynada atəşkəsə nail olmaq cəhdi idi", - Duda deyib.
Xatırladaq ki, noyabrın 15-də Putin və Şolz arasında telefon danışığı olub və bu, onların təxminən iki ildən sonra ilk söhbəti olub.
aia.az
Tərcümə şöbəsi