İsveçi səfərdə məğlub etməkdi
Yığma ötən şənbə Millətlər Liqasının cari mövsümündə ilk xalını qazansa da, bunun zərrəcə əhəmiyyəti yoxdu.
Evdə 2, heç olmasa, 1 top fərqli qələbə qazanmaq lazım idi ki, son tur ərəfəsində nikbin düşünmək mümkün ola. Amma qolsuz heç-heçə bizi fəlakətin astanasına gətirdi. Yığma Qəbələdə qələbə qazansaydı, İsveçlə səfər oyununda mümkün 1 xal bizi xilas edə bilərdi. İndi isə ancaq qələbə tələb olunur. İsveçi səfərdə məğlub etməyimiz dünyanın 8-ci möcüzəsi olardı. Möcüzəni-filanı bir kənara qoyub, C liqasında hər qrupda sonuncu olan komandaların göstəricilərinə nəzər salaq:
1. Latviya 6 1 1 4 4-11 4
2. Lüksemburq 5 0 2 3 1-5 2
3. Azərbaycan 5 0 1 4 3-11 1
4. Litva 5 0 0 5 4-10 0
Qəbələdəki heç-heçə qrupda 3-cü yeri tutmaq şansını əlimizdən aldı. Reqlamentə əsasən, C liqasında 4-cü yeri tutanlar arasında ən pis göstəricilərə malik iki komanda birbaşa D liqasına yuvarlanır. C liqasında 4-cü yeri tutan digər iki komanda isə gələn ilin martında D liqasında 2-ci yeri tutan komandalarla pley-offda oynayacaq. Yığmamız İsveçlə səfər oyununda heç-heçə etsə belə, xilas olmaq ehtimalı azdı. Çünki 1 xalla Lüksemburqa çatırıq, ancaq top fərqi elə pisdi ki, bu komandanı arxada qoymaq mümkünsüz görünür. Yeganə çıxış yolu İsveçi məğlub etməkdi. Yalnız bu halda xalımız 4-ə çatacaq, çox güman, evdə qrup liderliyi uğrunda mübarizə aparan Şimali İrlandiyaya uduzacaq Lüksemburqu arxada qoya biləcəyik.
Xatırladaq ki, Azərbaycan millisi artıq D liqasında çıxış edib. Amma bu, Millətlər Liqasının ilk mövsümündə idi, onda komandalar reytinqinə görə liqalara bölünürdü. Daha sonra UEFA turnirin formatını dəyişdi və Azərbaycan hələ də çıxış etdiyi C liqasına düşdü. Yığmamız indiyə qədər heç vaxt daha yuxarı liqaya yüksəlməmiş, ancaq aşağı da düşməmişdi. İndi isə fəlakətin astanasındayıq.
AYGÜN MİRZA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta