Türkiyədə 14 və 17 yaşlı iki uşağın arasında baş verən silahlı atışma onlardan birinin ölümü ilə nəticələnib.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərinin Küçükçekmece rayonunda axşam saatlarında baş verib.
İddiaya görə, əcnəbi vətəndaşlar arasında naməlum səbəbdən yaranan mübahisə, qısa zamanda davaya çevrilib. Hər iki tərəf bir-birinə silahla atəş açıb.
İki yaralıya sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıb. 14 yaşlı yeniyetmə xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Digərin isə, ayağından yaralandığı öyrənilib.
Faktla bağlı araşdırma gedir.