AZ

Hindistan iddialı iqlim fəaliyyətinə sadiqliyini bir daha təsdiqləyir - Nazir

Bakı. Trend:

Hindistan iqlim dəyişikliyi ilə mübarizə üçün iddialı tədbirlərəsadiqliyini bir daha təsdiqləyir.

Trend-in məlumatına görə,bunu COP29 sammitində milli bəyanatla çıxış edən Hindistanın ətrafmühit, meşə təsərrüfatı və iqlim dəyişikliyi üzrə dövlət naziriKirti Vardhan Sinq deyib.

“Dayanıqlı inkişafın əsas ehtiyaclarını ödəməyə və yoxsulluğunaradan qaldırılmasına yönəlmiş inkişaf trayektoriyalarımızla bağlıgüzəştə getmək olmaz”, - o bildirib.

Nazir inkişaf etməkdə olan ölkələrin üzərinə düşən əhəmiyyətlimaliyyə yükünə baxmayaraq, Hindistanın iqlim dəyişikliyi iləmübarizə üçün iddialı tədbirlər görməyə davam etmək əzminivurğulayıb.

"Hindistan da daxil olmaqla, Qlobal Cənub ölkələri probleməəhəmiyyətli töhfə verməsələr də, biz hələ də iqlim dəyişikliyininazaldılmasına dair maliyyə xərclərini və iqlim dəyişikliyinin səbəbolduğu itkiləri öz üzərimizə götürürük. Bu, bizim inkişafehtiyaclarını ödəmək imkanlarımızı ciddi şəkildə məhdudlaşdırır", -o əlavə edib.

"Hindistanın bərpa olunan enerji potensialı 2014-cü ildən bəri,demək olar ki, üç dəfə artıb və biz 2030-cu ilə qədər 500 GWhədəfinə çatmaq yolundayıq", - o bildirib.

Nazir Hindistanın qurduğu bir sıra beynəlxalq tərəfdaşlıqları, ocümlədən, Beynəlxalq Günəş Enerjisi Alyansı, FəlakətlərəDayanıqlılıq İnfrastruktur Koalisiyası, Qlobal Bioyanacaq Alyansı,Resursların Səmərəliliyi və Dairəvi İqtisadiyyat üzrə SənayeKoalisiyası və digərlərini vurğulayıb.

Sinq qeyd edib ki, bu təşəbbüslər Hindistanın qlobal iqlimhəlləri istiqamətində daha geniş səylərinin bir hissəsidir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
15
2
az.trend.az

3Mənbələr