AZ

Astaradakı hadisədə xəsarət alan şəxsin kimliyi BİLİNDİ

Astara rayonunda baş verən bıçaqlanma hadisəsində xəsarət alanlardan birinin də adı məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu, 1988-ci il təvəllüdlü Zeynal Etibar oğlu Mehtiyevdir. 

Onun sağ qabırğaaltı və sol bel nahiyəsində kəsilmiş-deşilmiş yaralar aşkar edilib. Hazırda bu yaralı da Lənkəran xəstəxanasına gətirilib.
 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Təhlükəsizlik tədbirlərinin genişləndirilməsi və məsələnin tam aydınlaşdırılması üçün araşdırmalar aparılır.

Qeyd edək ki, kütləvi bıçaqlanma hadisəsi bu gün Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində, təndirxana" deyilən obyektlərin qarşısında baş verib.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

Seçilən
18
bizim.media

1Mənbələr