AZ

"Qalatasaray" Braziliyadan futbolçu gətirir

Türkiyənin "Qalatasaray" klubu qışda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Fluminense"də çıxış edən Con Ariasın keçidini həll etməyə yaxındır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qalatasaray" kolumbiyalı vingerlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 27 yaşlı futbolçu illik 2,5 milyon avro maaş olmaqla 4 illik sözləşmə təklifini qəbul edib. "Sarı-qırmızılar" transferlə bağlı Braziliya klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, "Fluminense" Con Ariası 2021-ci ilin yayında "İndependyente Santa Fe"dən (Kolumbiya) transfer edib. Kolumbiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 190 rəsmi matçda 42 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Seçilən
21
sportal.az

1Mənbələr