AZ

Qvardiolanı Braziliya millisində görmək istəyir - Ronaldo

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubu ilə müqaviləsini hələ də uzatmayıb və onun gələcəyi müzakirə mövzusu olaraq qalır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvardiolanın “Barselona”dakı keçmiş komanda yoldaşı Ronaldo, onun növbəti iş yerinin Braziliya millisi olmasını istəyir.

Ronaldo bu yaxınlarda Qvardiola ilə danışıb və ona deyib ki, özü Braziliya Futbol Konfederasiyasının prezidenti olarsa, onu millinin baş məşqçisi postuna dəvət edəcək.

Bu fürsət 2026-cı ildə yarana bilər. Ronaldo hesab edir ki, Qvardiola dünyanın ən yaxşı məşqçisidir və Braziliya millisinin reputasiyasını bərpa edəcək.

Tomas Tuxel baş məşqçi təyin edilməzdən əvvəl Qvardiolanın adı İngiltərə yığması ilə yanaşı hallanırdı. İndi isə onun gələcəyi qeyri-müəyyən görünür.

Seçilən
13
sportinfo.az

1Mənbələr