AZ

Tramp milyarderi maliyyə naziri təyin edə bilər

ABŞ Xəzinədarlığının rəhbəri postuna potensial namizədlərin siyahısı genişlənib. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp investor və milyarder Mark Rouanı və Federal Ehtiyat Sisteminin (FRS) Rəhbərlər Şurasının keçmiş üzvü Kevin Uorşun namizədliyini nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, ötən həftə sonu bu vəzifəyə uyğun namizəd axtarışı “dalana dirənib”, lakin hazırda davam edir.

Siyahıda hələ də Trampa yaxın olan investor Skott Bessent və bankir Hovard Lutnik var. "Reuters"in məlumatına görə, Bessentin namizədliyini respublikaçı senator Lindsi Qrem, investor Kayl Bass və Ağ Evin seçilmiş rəhbərinə yaxın olan iqtisadçı Stiv Mur dəstəkləyir. 

Lutnikin tərəfdarları arasında sahibkar İlon Mask və siyasətçi kiçik Robert Kennedi var.

Bu gün ABŞ-ın maliyyə naziri vəzifəsini Canet Yellen tutur.

Samir

Seçilən
7
hit.az

1Mənbələr