AZ

İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından önəmi qeyd olunub.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin artması, milli valyutalarda ödənişlərin həyata keçirilməsi əlaqələrimizin möhkəmlənməsinin yaxşı göstəricisi kimi dəyərləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov və Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

image-otyrdmguoageaxrr3nh1fcs8bi5ohyywbe3gqbga_640image-vk8gpmcxzxrqgm3azbidh7ymu6kbeaxzkrnt78ie_640

Seçilən
12
26
dogru.az

10Mənbələr