AZ

Lavrov: “Makronla buna görə əl sıxışdım” - QƏRİBƏ AÇIQLAMA

Nazir: “Avropa liderlərinin qaçması qəribədir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində Fransa Prezidenti Emmanuel Makronla əl sıxışması barədə açıqlama verib.

Musavat.com Sputnik-ə istinadən məlumat verir ki, Lavrov bu jesti “tamamilə normal” adlandırıb və insan münasibətləri baxımından bu cür davranışın adi olduğunu bildirib.

Nazir, Qərb ölkələri ilə Rusiya arasında mövcud dərin fikir ayrılıqlarına baxmayaraq, belə bir jestin qeyri-adi olmadığını vurğulayıb. Lakin Lavrov Avropa liderlərinin rus nümayəndələrini görəndə onları görməzdən gəlməsini daha qəribə bir davranış kimi dəyərləndirib:
“Avropalı liderlərin dəhlizlərdə və ya kuluarlarda bizi görəndə uzaqlaşması daha qeyri-normal haldır.”

Bu açıqlama, Rusiya ilə Qərb arasında artan gərginlik fonunda beynəlxalq səhnədə geniş müzakirələrə səbəb olub. Lavrovun sözləri, Moskvanın Qərb ölkələrinin Rusiya ilə bağlı sərgilədiyi mövqeyə ironik yanaşması kimi də qiymətləndirilir.

Musavat.com

Seçilən
11
2
musavat.com

3Mənbələr