AZ

Lavrovdan G20 sammiti ilə bağlı ilk açıqlama

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İyirmilik Qrupu (G20) sammitinin nəticələrini müsbət adlandırıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, o bu barədə G20 sammitində iştirakından sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün G20 sammiti başa çatır, bu, il ərzində ona rəhbərlik edən Braziliyanın G20-yə sədrliyinin kulminasiya nöqtəsidir. Çox müsbət nəticələr, mühüm razılaşmalar var. Bu çox əhəmiyyətlidir", - deyə Lavrov bildirib. 

Xatırladaq ki, noyabrın 18-19-da Rio-de-Janeyroda G20 dövlət başçılarının sammiti keçirilib.

Seçilən
49
26
unikal.az

10Mənbələr