AZ

Yaxın Şərqdə MÜHARİBƏ BÖYÜYÜR: “Trampın andiçməsinə qədər…”

“Vaxtilə Rusiya və Ukrayna da atəşkəs imzalamağa çox yaxın idi. Lakin sonradan proseslərə müdaxilə olunduğu üçün bu baş tutmadı. Eynən ABŞ-nin Livan və “Hizbullah”a atəşkəs təklifini verməsi kimi”.

Bu sözləri siyasi şərhçi Kənan Novruz Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni ssenarinin yenidən təkrarlanması istisna deyil:

“İndiki məqamda Bayden administrasiyasının müharibənin bitməsi marağında olduğunu düşünmək çətindir. Ehtimal ki, Donald Trampın andiçməsinə qədər Yaxın Şərqdə müharibə davam edəcək. Lakin müharibənin uzanması artıq İsrail tərəfindən müəyyən mənfi nəticələrlə yadda qalır. Bu da öz növbəsində fikir ayrılıqlarına, siyasi dəyişikliklərə və çaxnaşmaların yaranmasına gətirib-çıxardır. Təbii ki, tərəflərin bir-birlərini günahlandırmağa çalışmaları müharibənin gedişatını daha uzanmış olacaq”.

Siyasi ekspert əsas məsələnin D. Trampın andiçməsindən sonra başlayacağını da qeyd edib:

“Donald Tramp, yəqin ki Cozef Baydenin dövründə olduğu kimi, İsrailə dəstəyi davam etdirəcək. Bundan əlavə, İrana da təzyiqlərin artması mümkündür. Çünki Donald Trampın əvvəlki hakimiyyəti dövründə də ABŞ İrana qarşı çox sərt siyasət yürüdürdü. Şərqi Avropa məsələsinə gələndə isə çox güman ki, burada yerləşən dövlətlərin Ukraynaya olan dəstəkləri azalacaq. Bunun nəticəsi olaraq da Ukrayna Rusiyanın şərtlərinə uyğun masaya oturması gözləniləndir. Çünki Donald Trampın əvvəlki hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətləri indikinə nisbətən loyal xarakter daşıyırdı. Ehtimal olunur ki, Donald Tramp Rusiyaya qarşı olan bu siyasi quruluşunu davam etdirəcək”.

Ekspert ümumi məsələnin yalnız ABŞ-nin mövqeyindən yox, həm də Türkiyəni mövqeyində də həll oluna biləcəyini də söyləyib:

“Tramp administrasiyası yeni məsələləri inkişaf etdirməkdə qərarlı olarsa, mütləq burada Türkiyənin də maraqlarına uyğun hərəkət etməlidir. Belə ki, Donald Tramp bu proseslərin əvəzi olaraq Türkiyənin Şərqi Avropada və Yaxın Şərqdə olan mövqelərini nəzərə almalıdır. Ümumilikdə, ABŞ-nin mövqeyi göz qabağındadır. Digər siyasi məsələlər isə qarşıdakı olan gedişatdan asılıdır”.

Mayıl Soltanov

Seçilən
19
yenicag.az

1Mənbələr