Finlandiyada Loviisa Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunda reaktor sistemlərinin nasazlığı səbəbindən elektrik enerjisi istehsalı dayandırılıb.
Oxu24.com bu barədə Fortum şirkətinə istinadən xəbər verir.
Hadisə bazar ertəsi, noyabrın 18-də, saat 20:55 radələrində baş verib. Hazırda ekspertlər hadisənin dəqiq səbəbini müəyyənləşdirirlər. İndi stansiyanın birinci enerji bloku normal işləyir.
Stansiya Hästholmen adasında, Loviisa şəhərindən 15 kilometr cənub-şərqdə yerləşir. Fortum dövlət konserninə məxsusdur. Stansiya ölkədə istehlak olunan elektrik enerjisinin on faizindən çoxunu istehsal edir.
Nigar