AZ

Dolar və avro bu tarixdən BAHALAŞIR

Rusiya Federasiyası Mərkəzi Bankı noyabrın 20-dən qüvvəyə minəcək yeni dollar-rubl məzənnəsini müəyyən edib.

Publika.az xəbər verir ki, bu barədə RMB-nin saytında məlumat verilib.

Bildirilib ki, çərşənbə günü bir dolların dəyəri 100,0348 rubl təşkil edəcək.

Avronun rəsmi məzənnəsi 27 qəpik artaraq 105,7 rubl, yuanın məzənnəsi 1 qəpik artaraq 13,8 rubl olub.

Noyabrın 19-da Mərkəzi Bankdan dolların məzənnəsi 99,94 rubl, avronun məzənnəsi 105,46 rubl, yuan isə 13,7 rubl olub.

Seçilən
21
7
publika.az

8Mənbələr