AZ

Runinin sağlıq problemləri var?

"Plimut"un baş məşqçisi Ueyn Runi hazırda həyat yoldaşı Kolindən ayrı yaşayır.

90deqiqe.Az-ın “Daily Mail”ə istinadən məlumatına görə, Kollin 39 yaşlı çalışdırıcının həyat tərzindən narahatdır.

O, Runinin tez-tez yerli bara getdiyini və pis qidalandığı üçün çox kökəldiyindən narahatdır.

“O, tez-tez bura bir-iki içki içməyə gəlir. Bura gələndən sonra mütləq kökəlmişdi. Ola bilsin, o, piroqları sevir”, - deyə müəssisələrdən birinə gələn qonaqlardan biri bildirib.

Kolin Runiyə paketli yemək almağı qadağan edib və hətta onun üçün pəhriz də yaratmağa başlayıb. Həyat yoldaşı Ueynin boş vaxtlarında nəsə etməsinə əmin olmağa çalışır.

Seçilən
15
90deqiqe.az

1Mənbələr