AZ

Biz Bakıda uğur qazanmalıyıq - BMT-nin Baş katibi

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərininRio-de-Janeyroda keçirilən sammitində çıxışı zamanı COP29-un uğurlakeçirilməsinin vacibliyini vurğulayıb.

Trend xəbər verir ki, o,çıxışında Bakıda keçirilən COP29-un müvəffəqiyyət qazanmasınınqlobal iqlim tədbirlərində həlledici rol oynayacağını bildirib:

“Biz Bakıda uğur qazanmalı, inam yaratmalı və gələn il yüksəkambisiyalı milli iqlim planlarının hazırlanmasını təşviq etməliyik.Uğursuzluq seçim deyil. Əks halda, yeni milli iqlim fəaliyyətplanlarının hazırlanmasında ambisiyalar azalar və geri dönüşüolmayan iqlim dəyişikliklərinə daha da yaxınlaşarıq”.

A.Quterreş qeyd edib ki, COP29-un nəticələri COP30-unBraziliyada uğurla keçirilməsi üçün möhkəm zəmin yaratmalıdır. O,inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qarşılamaq üçüngüzəştli ictimai maliyyə vəsaitlərinin əhəmiyyətini xüsusivurğulayıb.

Baş katib qlobal iqlim böhranının kritik həddə çatdığınıdeyib:

“Əgər qlobal temperatur artımını 1,5 dərəcə Selsi iləməhdudlaşdırmasaq, fəlakətli nəticələrlə üzləşəcəyik”.

O, bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizədə daha iddialıtədbirlər görməyə çağıraraq, G20 ölkələrinin qlobal emissiyaların80 faizinə cavabdeh olduğunu xatırladıb:

“Yeni milli iqlim planları konkret emissiya azaldılmasıhədəflərini ehtiva etməli, bütün sektorları və istixana qazlarınıəhatə etməlidir”.

Bundan əlavə, Baş katib iqlim dezinformasiyası ilə mübarizəməqsədilə BMT, Braziliya və UNESCO-nun “İqlim dəyişikliyi üzrəməlumatın dəqiqliyi ilə bağlı qlobal təşəbbüs” adlı yeni layihəyəstart verəcəyini elan edib.

Sonda A.Quterreş bərpaolunan enerji mənbələrinə keçidinsürətləndirilməsinin, iqtisadiyyatların şaxələndirilməsinin vəədalətli keçidin təmin olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
40
4
az.trend.az

10Mənbələr