“Hizbullah” Tel-Əviv yaxınlığındakı İsrail hərbi kəşfiyyat bazasına raket zərbələri endirib.
Qurum baza ilə yanaşı, İsrail əsgərlərinin də dörd yerdə hücuma məruz qaldığını bildirib. İsrail də öz növbəsində Livan hərəkatının raket qüvvələri komandirinin ləğv olunduğunu elan edib.
AFP-nin məlumatına görə, bu gün, noyabrın 19-da ABŞ prezidentinin müşaviri Amos Hokşteyn Beyruta səfər edir. Onun səfəri Beyrutda davam edir. Səfəri zamanı o, İsrail və “Hizbullah” arasında atəşkəsin əldə oluna biləcəyinə inandığını deyib.
//Samir Qurbanov, Editor.az