AZ

Borrell Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini MƏSULİYYƏTSİZLİK adlandırdı

Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Cozep Borrell Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini məsuliyyətsizlik adlandırıb.

Bizim.Media xəbər verir ki, bunu Borrell 27 icma ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

“Bu, birinci dəfə deyil, onlar (Rusiya) nüvə eskalasiyası ilə hədələyiblər, bu, tamamilə məsuliyyətsizlikdir. Biz belə ritorikanı rədd edirik və pisləyirik”, - Borrell Brüsseldə bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiq edib. Müvafiq sənəd rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Bizim.Media

Seçilən
35
bizim.media

1Mənbələr