AZ

“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb

Bakı. Trend:

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsalolunan “Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatıqardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbiamfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub.Bununla da “Bayraktar TB3” dünya aviasiya tarixində PUA olaraq ilkdəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enməmanevrini uğurla həyata keçirə bilib.

Trend xəbər verir ki,“Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarındaümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sıötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerəenmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

“Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiyanəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarlatəkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksəkperformansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarətvə Hədəfləmə Sistemi ilə təchiz edilib.

Seçilən
11
24
az.trend.az

10Mənbələr