"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri Hernandes kimin qarşısında oynadığı ən güclü futbolçu olduğunu açıqlayıb.
90deqiqe.Az ispan futbolçunun dediklərini belə çatdırıb.
“Messi ən yaxşı vəziyyətdə olanda o idi. İngiltərə Premyer Liqası haqqında danışsaq, Salahı deyəcəyəm, xüsusən də "Enfild"ə gedəndə o, çox güclü oyunçudur"
Qeyd edək ki, Rodri oktyabrın sonunda "Qızıl top"u qazanıb və ispaniyalı hazırda diz bağının yırtılmasından sağalıb, mövsümün qalan hissəsini buraxacaq; İspan yarımmüdafiəçinin zədəsindən sonra artıq "Liverpul"dan 5 xal geri qalan "Mançester Siti" böyük problemlər yaşayır.